Baki

VEKA ilə əlaqə 24/7

VEKA plastik eyvan qapılarını ən effektli edən nədir?
  • VEKA-nın tərəfdaş şirkətlərinin mütəxəssisləri plastik eyvan qapılarının hazırlanması üçün məsələnizin həllinə uyğun ən münasib profil sistemini seçəcəklər.br>
  • Müştərinin istəyinə uyğun olaraq qapının aşağı hissəsi sendviç-panellə bağlana bilər və yaxud blok bütövlüklə şüşədən hazırlanır.
  • Eyvan birinci və ya sonuncu mərtəbədə yerləşirsə, qarətə davamlı furnitur və zərbəyə davamlı şüşələrdən istifadə etmək tövsiyə olunur.
Maun
Bataqlıq palıdı
Qırmızı palıd
Fındıq
Ağ palıd
Dağ şamı
Ağ şam ağacı
Vinçester
Siyena noçe
Siyena rosso
Qara albalı
Şeffild palıdı ağ
Şeffild palıdı boz
Şeffild palıdı qəhvəyi
Açıq boz
Parlaq boz
Gümüşü boz
Bazalt
Boz kvars
Tünd-boz
Qəhvəyi
Tünd qəhvəyi
Ağ təbəqə
Açıq sarı
Fil sümüyü
Papirus
Tutqun alüm.
Brilliant-göy
Bataqlıq yaşılı
Al-qırmızı
Fırfır
Tünd-qırmızı
Albalı Amaretto
Dəstəylərin rəngi
Ağ plastik
Titan
Bürünc
Latun
Gümüş
Açıq gümüş
Qəhvəyi plastik
Tünd bürünc
Seçim etməkdə
sizə kömək edərik!

Böyük məmnuniyyətlə bütün suallarınıza cavab verəcək və düzgün həllərin seçilməsində sizə yardımçı olacağıq!

VEKA profilləri nədir
Möhkəmlik və etibarlılıq

Xüsusi armir edən gücləndiricilərin istifadəsi konstruksiyanın yüksək sabitliyini təmin edir

Səs-küydən müdafiə

Yüksək səs izolyasiyası evinizin sakitliyini və aramlığını təmin edir

Dizayn və uzunömürlülük

Ətraf mühitin təsirinə davamlı yüksək keyfiyyətli plastik, istənilən rəngdə və dizaynda düz hamar səth

Enerji effektliyi

Əla izolyasiya xüsusiyyətlərinə mailk sabit çoxkameralı sistem 

Veka şirkətinin digər həll üsulları

Giriş qapısı

 Ağır furnitur və etibarlı konstruksiya müqabilində PVX giriş qapıları yükəsk keçicili yerlərdə istifadə oluna bilər. Belə qapılar həm kommersiya binaları, həm də xüsusi evlər üçün keçiciliyi təmin edə bilərlər.
1300*2000 mm pəncərəyə görə

Otaqlararası (ofis) qapısı

Yüklənmə çox olmayan ofis və ya otaqlararası qapı üçün seçim tələb olduqda, plastik qapılardan istifadə etməyi təklif edirik. Onlar çox davamlıdırlar, istini gözəl qoruyur və yüksək səs izolyasiyasını təmin edirlər.  
1300*2000 mm pəncərəyə görə

Portallar

Xəyallarınızdakı qış bağını salmaq, şəhərkənarı evdə eyvanı aynəbənd etmək, eyvan blokunu ləğv etmək və eyvanla vahid fəza yaratmaq istəyirsiniz?!
Formalar, rənglər və lazımsız arakəsmələrlə məhdudlaşmayaraq otağınızın eksklüziv dizaynını yaratmaq istəyirsiniz?!
VEKA PORTALLARI barədə düşünün!
1300*2000 mm pəncərəyə görə

Plastik eyvan qapıları – etibarlılıq və istilik birində


Eyvana açılan pəncərə müasir interyerin vacib elementlərindən biridir. Bundan başqa, o, kifayət qədər istilik və səs-küy izolyasiyasını təmin etməlidir. Buna görə də, evin və ya mənzilin eyvan qapısı üçün yalnız keyfiyyətli PVX profil seçmək lazımdır.

VEKA şirkətinin tərəfdaşları müxtəlif iqlim qurşaqlarında istifadəsi mümkün olan plastik eyvan qapılarını təklif edirlər.

Şirkətin assortimentində PVX-profildən qapı blokları mövcuddur:

EUROLINE

SOFTLINE

SOFTLINE 82

Sistem ölçülər və həndəsi formanın sabitliyi ilə fərqlənir. İstifadə edilən şüşə paketinin qalınlığı 4-32 mm arasında dəyişir.

  • metal gücləndiricilər;

  • termoayırıcılarlı kandarlar;

  • qapı blokunun ikiqat sıxlaşdırılması.


Sistemdə istifadə olunur: yüksək keyfiyyətli plastikdən olan 5-kameralı profil yaxşı səsboğuculuğu və enerji qoruması ilə səciyyələnir.

Müxtəlif iqlim təsirlərinə dözümlü plastikdən 6-kameralı profil sistemi. Qalınlığı 24-52 mm olan şüşə paketinin quraşdırılması mümkündür. Üçqat sıxlaşdırma və termoayrılıqlı kandarlar sayəsində profil yaxşılaşdırılmış səsboğuculuğu və istilik izolyasiyasını təmin edir.


0,65-dən 1,06 m² °С/Vt qədər dəyişə bilər. Başqa sözlə, müxtəlif profillərin istilik izolyasiya xassələri fərqlidir. Bununla belə şüşə paketinin qalınlığı seçilmiş profilin növündən asılıdır və aşağıdakı kimidir:

  • 4 - 32 mm (EUROLINE);

  • 4 - 42 mm (SOFTLINE);

  • 24 - 52 mm (SOFTLINE 82).

PVX-dan Eyvan üçün qapılar

VEKA-nın tərəfdaş şirkətlərinin mütəxəssisləri plastik eyvan qapılarının hazırlanması üçün istəyinizin həlli üçün daha məqbul profil sistemini seçəcəklər.

Adətən şəhər mənzillərində eyvan qapısı birlaylıdır və pəncərə bloku ilə uzlaşdırılıb, buna görə də pəncərə hazırlanan profildən hazırlanır. Şəxsi evlərdə çox zaman ştulplu ikilaylı eyvan qapıları quraşdırırlar.

Bizim tərəfdaşlardan həm standart qapı oyuqları üçün balkon bloku almaq olar, həm də fərdi ölçülərlə konstruksiya sifariş etmək olar.

Tərtibat variantının seçimindən asılı olaraq eyvan qapıları müxtəlif rəngli profillərdən hazırlanır (səthin laminasiyası ilə); sıxlaşdırıcının mümkün rəngi – qara, boz və ya karamel.

Müştərinin istəyi ilə qapının aşağı hissəsi sendviç-panellə bağlana və ya bütöv blok tam şüşədən hazırlana bilər. Birinci variantı azyaşlı uşaqlar olan evlərdə quraşdırmaq daha məqsədəuyğundur, çünki o, daha təhlükəsizdir. İkinci halda şüşələnmə daha effektiv görünür, otağa daha çox işıq daxil olur, lakin belə qapının qiyməti nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Balkon birinci və ya sonuncu mərtəbədədirsə, qarətə davamlı furnitur və zərbəyə davamlı şüşə paketlərindən istifadə etmək tövsiyə olunur.

Eyvan PVX-qapıların özəllikləri

Belə məhsulun hazırlanması bəzi xüsusiyyətlərə malikdir. Layın istifadə zamanı sərtliyini təmin etmək üçün impost – qapını iki hissəyə bölən üfüqi bənd – quraşdırılır. Bu detal adətən pəncərə altının səviyyəsində yerləşir.

Qapının oyuğu böyük ölçüdədirsə, eyvan qapısı ikilaylı ola bilər. Furniturun müxtəlif iş rejimləri nəzərdə tutulub:

  • dönən – eyvan qapısının adi açılması;

  • aralanma – intensiv havalandırmaya ehtiyac yarandıqda qapının yuxarı hissəsi 15-20 sm aralanır;

  • Qış havalandırması – ilin soyuq fəslində havalandırma üçün 4-10 mm enində məsafə saxlamaq olar.

Rahatlıq üçün qapının çölünə “siqaret çəkənin dəstəyini” və cəftə quraşdırmaq olar.

VEKA tərəfdaşlarında plastik eyvan qapısı sifariş etmək

Eyvan qapısı pəncərə ilə birləşdirilibsə, profil seçimi və onun tərtibatına dair sual meydana gəlmir: o, pəncərənin hazırlandığı üslubda hazırlanır. Yalnız uyğun furnitur seçmək qalır.

Eyvan qapıları həmişə binaların qalın çöl divarlarında quraşdırıldıqları üçün, maili səthlərin və kandarların tərtibatına ehtiyac yaranır. Yaxşı variantlardan biri – plastik sendviç-panellərdən istifadə etməkdir.

Tərəfdaş şirkətlərimizin məsləhətçiləri bütün bu amilləri nəzərə almağa yardım edəcək və sifarişin dəqiq qiymətini hesablayacaqlar.