Həllər səhifəsinə daxil olmaq
üçün QR kodu skan edin

VEKASLIDE panoramalı qapılar

- Evinizin aralanan qapıları üçün ən innovativ və eksklüziv təklif
- Çox böyük ölçülü qapılar hazırlamaq mümkündür: ağ profildən – 6 metr uzunluğu və 2 metr 70 santimetr hündürlüyə qədər, rənglidən – 4,5 metr uzunluğu və 2 metr 40 santimetr hündürlüyə qədər.
- VEKASLIDE açılan layların müxtəlif sayı və müxtəlif açılma sxemi ilə hazırlana bilər. Həmçinin, mexaniki açılma üçün furniturun və ya qapının pult vasitəsi ilə açılması üçün elektrik ötürücüsünün quraşdırılması imkanı nəzərə alınıb.
- VEKA-nın bütün profil sistemlərində olduğu kimi, VEKASLIDE qapalı polad profillə armaturlanıb, bu isə konstruksiyaya forma sabitliyi verir. Təbiət hadisələrindən, istifadə keyfiyyətindən, temperatur fərqindən asılı olmayaraq, VEKASLIDE panorama qapıları sallanmayacaq və formasını itirməyəcəklər, baxmayaraq ki, layın çəkisi 250 kiloqrama çata bilər.
- Müasir enerjiqoruyucu şüşə paketi şüşənin daxili səthinə çəkilən xüsusi innovasiyalı tozlanma sayəsində otaqda istiliyi qoruyur.
Mövcud həllin xüsusiyyətləri
Profil | VEKASLIDE |
Kameraların sayı | 5 |
Şüşə paket | İki qat şüşə paketi |
Furnitura | Cift açılan |
Rəng | Ağ, Rəngli |

Laminasiya variantları
- Evinizin aralanan qapıları üçün ən innovativ və eksklüziv təklif
- Çox böyük ölçülü qapılar hazırlamaq mümkündür: ağ profildən – 6 metr uzunluğu və 2 metr 70 santimetr hündürlüyə qədər, rənglidən – 4,5 metr uzunluğu və 2 metr 40 santimetr hündürlüyə qədər.
- VEKASLIDE açılan layların müxtəlif sayı və müxtəlif açılma sxemi ilə hazırlana bilər. Həmçinin, mexaniki açılma üçün furniturun və ya qapının pult vasitəsi ilə açılması üçün elektrik ötürücüsünün quraşdırılması imkanı nəzərə alınıb.
- VEKA-nın bütün profil sistemlərində olduğu kimi, VEKASLIDE qapalı polad profillə armaturlanıb, bu isə konstruksiyaya forma sabitliyi verir. Təbiət hadisələrindən, istifadə keyfiyyətindən, temperatur fərqindən asılı olmayaraq, VEKASLIDE panorama qapıları sallanmayacaq və formasını itirməyəcəklər, baxmayaraq ki, layın çəkisi 250 kiloqrama çata bilər.
- Müasir enerjiqoruyucu şüşə paketi şüşənin daxili səthinə çəkilən xüsusi innovasiyalı tozlanma sayəsində otaqda istiliyi qoruyur.

Plastik pəncərələr üçün furnitur dedikdə pəncərələrin açılıb-bağlanması üçün istifadə olunan elementlər dəsti nəzərdə tutulur. Məhz bu səbəbdən, pəncərə seçimi edərkən istifadə olunan furniturların keyfiyyətinə xüsusilə diqqətli yanaşmaq lazımdır. Konstruksiyalar nə qədər etibarlı olarsa, təmirə və ya dəyişdirilməyə ehtiyac duymadan onları daha uzun müddət istifadə edə bilərsiniz.

Eviniz və ya ofisiniz üçün VEKA-nın hansı təklifinin daha məqbul olduğunu təyin etmək üçün sadə onlayn testdən keçin. Cəmi 5 dəqiqə!
Sifarişinizin qiymətini seçilmiş pəncərə və ya qapı növü, konstruksiyanın ölçüləri və xassələri, həmçinin əlavə xüsusiyyətləri əsasında hesablayın.
Plastik pəncərələr haqqında məqalə və videolar: necə seçməli, necə almalı, necə qulluq etməli və çox sayda digər faydalı məlumat.
VEKASLIDE panoramalı qapılar
Panoramalı qapıları digər şüşələmə növləri ilə səhv salmaq mümkünsüzdür. Böyük – döşəmədən tavana qədər hündürlükdə və bütün divar enində - onlar dərhal diqqəti cəlb edir.
Panoramalı qapıların adilərdən əsas fərqliliklərini qeyd edək:
-
şüşələnmənin böyük sahəsi – otağa daha çox işıq daxil olur, pəncərədən ətraf peyzaja füsunkar mənzərə açılır;
-
“fəzanı idarə etmək” üçün unikal imkan – bağlı otaq bir neçə saniyəyə açıq artırmaya çevrilir və əksinə;
-
stilik izolyasiyası ən yüksək səviyyədədir;
-
istənilən interyer üçün çoxsaylı rəng təklifindən seçim;
Artıq qeyd etdiyimiz kimi, panoramalı qapıların əsas xüsusiyyəti böyük ölçülərdir; ağ profildən hazırlanan qapıların hündürlüyü 6,5 metr, hündürlüyü isə 2,7 metrə qədər ola bilər; rəngli profildən olan qapıların maksimal ölçüləri isə - 4,5 və 2,4 metrdir. Layların sayı iki-dörd arası dəyişir.
Çox böyük qabaritlərə rəğmən, konstruksiyanın möhkəmliyi şübhə doğurmur. PVX-profilin armaturlanması üçün qapalı kəsiyə malik polad içliklər istifadə olunur. Belə texniki qərar qapıların uzun müddətli istifadə nəticəsində sallanmayacaqlarına və temperatur və rütubətin dəyişməsi nəticəsində pərçimlənməyəcəklərinə təminat verir.
VEKASLIDE panoramalı qapılar enerji effektliyinə görə ən yüksək tələblərə cavab verirlər. Çərçivənin hazırlanması üçün qalınlığı 42 mm təşkil edən şüşə paketlərinin quraşdırılmasına imkan yaradan eni 70 və 82 mm olan profildən istifadə olunur. Arqonla doldurulan ikikameralı şüşə paketi ən yüksək istilik izolyasiya xüsusiyyətlərini təmin edir.
Amma bu da son deyil. Mühəndislər layların hərəkət etdikləri qapı çərçivəsinin konstruksiyasına da az diqqət yetirməyiblər.
Bütün perimetr boyu gizlin sıxlaşdırma hermetikliyi və yel vurmamağı təmin edir. Maneəsiz “isti” kandar ikiqat termik bölücüyə və istilik izolyasiya içliyinə malikdir. Bu, çərçivənin ümumi istilik keçiriciliyini azaldır və bunun müqabilində kandar donmur. Bu mürəkkəb çoxtərkibli konstruksiya demək olar ki, döşəmə ilə bir səviyyədə quraşdırılır. Buna görə də kandar nə uşaqlara, nə də imkanları məhdud insanlara heç bir narahatçılıq gətirmir.
VEKASLIDE-ın daha bir özəlliyi adında qeyd olunub: qaldırıcı-aralanan. Qapı açılarkən azacıq qalxır və sonradan onu kənara tərpətmək olar. Bağlanan zaman qapı enir və öz çəkisinin təsirindən qapı qutusuna sıxılır. Əlavə olaraq qapı açarla bağlanır.
Panoramalı şüşələnmə əsasən kotteclərdə və şəhərkənarı evlərdə tələb olunur. Funksional, isti, zərif, - o, evin daxili fəzasını işıqla doldurur və sahibinin istəyi ilə otağı açıq artırmaya çevirir.
Bununla yanaşı, bu konstruksiyalar şəhər mənzillərində quraşdırılır. Bu, ehtiyac yarandıqda, eyvan və ya lociyanın sahəsini otaqla birləşdirməyə imkan yaradır.