Baki

VEKA ilə əlaqə 24/7

VEKA pəncərəsini ən effektiv edən nədir?
  • Əla izolyasiya xüsusiyyətli klassik sabit üçkameralı pencərə profilləri sistemi
  • Müasir enerjiqoruyucu şüşə paketi şüşənin daxili səthinə çəkilən xüsusi innovasiyalı tozlanma sayəsində otaqda istiliyi qoruyur
  • Yüksək keyfiyyətli pəncərələr ilin hər fəslində problemsiz açılıb-bağlanmalıdır, tozdan və küçənin səs-küyündən mühafizə etməlidir
Maun
Bataqlıq palıdı
Qırmızı palıd
Fındıq
Ağ palıd
Dağ şamı
Ağ şam ağacı
Vinçester
Siyena noçe
Siyena rosso
Qara albalı
Şeffild palıdı ağ
Şeffild palıdı boz
Şeffild palıdı qəhvəyi
Açıq boz
Parlaq boz
Gümüşü boz
Bazalt
Boz kvars
Tünd-boz
Qəhvəyi
Tünd qəhvəyi
Ağ təbəqə
Açıq sarı
Fil sümüyü
Papirus
Tutqun alüm.
Brilliant-göy
Bataqlıq yaşılı
Al-qırmızı
Fırfır
Tünd-qırmızı
Albalı Amaretto
Dəstəylərin rəngi
Ağ plastik
Titan
Latun
Gümüş
Açıq gümüş
Qəhvəyi plastik
Tünd bürünc
Seçim etməkdə
sizə kömək edərik!

Böyük məmnuniyyətlə bütün suallarınıza cavab verəcək və düzgün həllərin seçilməsində sizə yardımçı olacağıq!

VEKA profilləri nədir
Möhkəmlik və etibarlılıq

Xüsusi armir edən gücləndiricilərin istifadəsi konstruksiyanın yüksək sabitliyini təmin edir

Səs-küydən müdafiə

Yüksək səs izolyasiyası evinizin sakitliyini və aramlığını təmin edir

Dizayn və uzunömürlülük

Ətraf mühitin təsirinə davamlı yüksək keyfiyyətli plastik, istənilən rəngdə və dizaynda düz hamar səth

Enerji effektliyi

Əla izolyasiya xüsusiyyətlərinə mailk sabit çoxkameralı sistem 

Veka şirkətinin digər həll üsulları

Qarətə qarşı pəncərələr

 Qarətə dayanıqlı pəncərələr elə hazırlanıb ki, evinizi cinayətkarların müdaxiləsindən maksimal dərəcədə mühafizə etsin. Qarətə dayanıqlı pəncərələrin adi plastik pəncərələrdən nə ilə fərqləndiklərindən və onları alan zaman diqqət yetirilməsi zəruri olanlar barədə söz açacağıq.




1300*2000 mm pəncərəyə görə

Səs-küydən mühafizəli pəncərə

Biz bu seçimi bilavasitə avtomobil magistralları, sıx hərəkət olan küçələr, hava limanları və sair səs-küy mənbələrinə yaxın yerləşən mənzil və kotteclər üçün təklif edirik.
1300*2000 mm pəncərəyə görə

Enerji effektli pəncərə

Enerji effektli plastik pəncərələr evin daxilində mikroiqlimi qoruyur, qışda isinmə, yayda isə soyuma xərclərini azaldır.  Pəncərənin hər tərkib hissəsi – çərçivə, şüşə paketi və furnitur – enerji qənaətinə öz töhfəsini verir.
1300*2000 mm pəncərəyə görə

Uşaq otağı üçün pəncərə

Bu xüsusi pəncərə uşaq otağını maksimal dərəcədə təhlükəsiz edəcək. O, yalnız havalandırma üçün açılır. Pəncərənin tam açılması üçün açar tələb olunur.
1300*2000 mm pəncərəyə görə

Günəşdən müdafiəli pəncərə

Günəşdən müdafiəli pəncərələr – evinizdə və ya ofisinizdə komfortun və sağlam mikroiqlimin şərtlərindən biridir. Onlar otağı günəş şüalarından qoruyur və əlavə olaraq enerji qoruyucu xüsusiyyətlərə malikdirlər.  

1300*2000 mm pəncərəyə görə

PVX pəncərələri: əlverişli, funksional, sərfəli

Bir sıra kompleks üstünlüklərə malik olmasa idilər, PVX pəncərələri geniş populyarlıq qazanmazdılar. Əsaslarını sadalayaq:

  • texnologiya istənilən ölçüdə və formada pəncərə istehsal etməyə imkan yaradır;

  • istilik qorunmasına dair əla göstəricilər;

  • haşiyə və əlavə dekorativ elementlərin çox sayda rəng seçimi;

  • qarətə qarşı yüksək dayanıqlıq;

  • texnoloji və qısa müddətdə montaj.

Keyfiyyətli pəncərə - keyfiyyətli tərkib hissələrdir. Sadələşdirsək, hər PVX-pəncərə üç əsas hissədən ibarətdir – profil, şüşə paketi və furnitur.

Çərçivə və laylar PVX-profildən hazırlanır və pəncərənin nə dərəcədə etibarlı, uzunömürlü, təhlükəsiz olması məhz onun xüsusiyyətlərindən asılıdır. Buna görə də plastik pəncərə seçimi tələb olunan xüsusiyyətlərə malik profilin seçimindən başlayır.

VEKA konserni PVX profilini 1969-cu ildən istehsal edir. Bütün müəssisələrdə ISO 9001keyfiyyətə nəzarət sistemi tətbiq edilib. Şüşə paketi pəncərənin daha bir mühüm komponentidir. Pəncərənin istiliq qoruma və səs izolyasiya göstəriciləri ondan asılıdır. Şüşə paketində atermal və ton verilmiş şüşələrdən istifadə otağın daxildən qızmasının qarşısını almağa yardım edir, çünki belə şüşələr günəşin infraqırmızı şüalarının böyük hissəsini saxlayır.

Pəncərələrə qarətə qarşı göstəricilərinə yüksək tələblər irəli sürülürsə, şüşələnmə üçün möhkəmləndirilmiş bişmiş şüşələr və ya “tripleks” istifadə edilir.

Furnitur seçimi də təhlükəsizlik tələblərindən asılıdır. Bundan əlavə, furnitur pəncərə laylarının dönən və ya dönən-açılan olacağını müəyyən edir.

Bir çox alıcı PVX-profildən olan pəncərələri ənənəvi ağ rəngdə sifariş edir. Lakin istehsalçıya pəncərə sifariş edərkən, siz çox sayda rəng və səth fakturası, - o cümlədən müxtəlif ağac və metal növlərini imitasiya edən, - variantları arasında seçim etmək imkanı qazanırsınız.

PVX-pəncərənin optimal komplektlərinin seçilməsi – işin yalnız yarısıdır. Texnologiyanın bütün tələblərinə riayət edilməklə aparılan düzgün montaj pəncərənin uzun müddət xidmət göstərməsinə və bəyan edilən bütün xüsusiyyətlərə uyğun olmasına təminat verir.