Окно: всё начинается с проекта

Keyfiyyətli pəncərə düzgün layihədən başlayır. Rəng və forma, konstruksiya hissələrinin yerləşdirilməsi və açılma növlərinin müəyyənləşməsi, havalandırma və təhlükəsizlik göstəricilərinin seçilməsi – bütün bunlar haqqında ən əvvəldən düşünmək lazımdır.

Bəzən hətta mütəxəssislər ikinci dərəcəli xırda məsələlərə tələb ediləndən daha çox diqqət ayıraraq, həqiqətən prinsipial məqamları nəzərdən qaçırırlar.