Müasir pəncərənin əsas funksiyalarından biri də evin ətraf mühitin neqativ, o cümlədən temperatur təsirlərindən qorumasıdır.  Pəncərə və fasad konstruksiyaların hazırlanması üçün plastikin konstruksiya materialı kimi seçilməsi əsasən onun əla istilik izolyasiya göstəriciləri ilə səciyyələnir. 

Əsas istilik-texniki göstəricilərə görə PVX ağacdan geri qalsa da, bu materialın plastikliyi və emalının asanlığı ondan yüksək enerji qorumasına malik elementlər hazırlamasında imkan verir. PVX-nın uzunömürlülüyü və hər hansı mürəkkəb qulluğa ehtiyacın olmaması plastika taxta çərçivələrlə müqayisədə bir sıra əhəmiyyətli üstünlükləri təmin etdi.

Maksimal isti pəncərənin yaranması vəzifəsindən söz açsaq, onun həlli bir neçə istiqaməti ehtiva edir. Birincisi – profil konstruksiyasının dəyişdirilməsi hesabına pəncərənin istilik texnikasının yaxşılaşdırılması, ikincisi – enerji qənaətli şüşə paketlərinin istifadəsi, üçüncüsü – yüksək ixtisaslı peşəkar montaj. VEKA plastikdən pəncərə və qapı sistemlərinin layihəçisi və istehsalçısı olaraq, məntiqi olaraq yuxarıda qeyd olunan aspektlərin birincisinə təsir göstərə bilər. Bəs bu necə edilir?

58-dən 70-ə

Ənənəvi olaraq Rusiya və MDB ölkələri bazarında montaj eni 58-60 mm olan pəncərə profilləri üstünlük təşkil ediblər. Onları bütün istehsalçılar təklif edirdilər – alman, rus, türk və Çin. Montaj eninin standart 58 mm-lik göstəricisi meydana mücərrəd hesablamalar nəticəsində deyil, profil, ən əsası isə çərçivə konstruksiyası probleminin ən səmərəli həlli kimi gəlib. Bununla belə enerji qorumasına tələblərin mütəmadi sərtləşməsi layihəçiləri montaj eninin artırılması yolu ilə getməyə məcbur etdi. Belə sistemi ilk hazırlayanlardan biri də bazarda SWINGLINE profil seriyasını təqdim edən Almaniyanın VEKA şirkəti idi. 2003-cü ildə VEKA klassik dizaynlı daha bir 70 mm-lik profil sistemi istehsal etdi – SOFTLİNE. Onu 2005-ci ildə konsernin Moskva və Novosibirskdəki Rusiya bölməsi də istehsal etməyə başladı.   

3 kameradan 5-ə 

Profil istehsalçılarının təsir göstərə biləcəyi ikinci parametr çərçivədə və laydakı kameraların sayıdır. Eni 58 mm olan sistemlər 3 kameraya malik idilər. Onların sayı yerinə yetirdikləri funksiya ilə səciyyələnir. Birinci kamera temperatur kompensasiyasını və profildaxili sahənin drenajını təmin edir. Bayırdakı havanın ilk temperatur “zərbəsini” məhz o üzərinə qəbul edir. İkinci və ya mərkəzi kamera armaturlayıcı gücləndiricinin yerləşdirilməsi üçün xidmət edir. Nəhayət üçüncü kamera furnitur elementlərinin bərkidilməsi üçün nəzərdə tutulub. Beləliklə, texnoloji cəhətdən 3 kamera kifayət edir. Lakin profilin eninin artırılması profilin daxilində əlavə arakəsmələr yerləşdirməyə imkan yaradır, bu da sadəcə kameraların sayını artırmaq deyil,  profilin daxilində istilik axınlarını optimallaşdırmağa, yekun nəticədə isə hazır konstruksiyanın istilik itkilərini aşağı salmağa imkan verir. Artıq qeyd edilən VEKA SWINGLINE sistemi 4, SOFTLİNE isə artıq 5 kameraya malikdirlər.

Kənar zona probleminin həlli

Yeni VEKA sistemlərində şüşə paketinin quraşdırılma dərinliyi kimi əhəmiyyətli parametr dəyişdirilib. Bu parametr şüşə paketinin layın daxilinə nə dərəcədə dərin “yeriməsini” müəyyənləşdirir. Eni 70 mm olan profillərdə bu göstərici adətən 18 mm təşkil edir. Artırılmış enerji qoruma göstəricili SWINGLINE və SOFTLINE VEKA sistemlərində şüşə paketinin quraşdırılma dərinliyi 21 mm təşkil edir. Pəncərələr böyük temperatur dəyişikliyi olan və yüksək külək yükləməli kontinental iqlim şəraitində quraşdırılırsa, ilk baxışda əhəmiyyətsiz 3 mm həlledici ola bilər. Məsələ burasındadır ki, məhz məsafə çərçivəsi şüşə paketində əsas soyuq keçiricilərindən biridir. Və onun daha isti zonaya keçirilməsi şüşə paketinin kənar zonalarının temperaturunun aşağı düşmə riskini azaldır. 

32 əvəzinə 42

Artıq qeyd olunduğu kimi, istehsalçılar hazır plastik pəncərələrin istilik qoruma xüsusiyyətlərinə yalnız bu xüsusiyyətlərin profillərin konstruktiv həlli ilə bağlı olduqları dərəcədə təsir göstərə bilərlər. VEKA mühəndisləri pəncərənin istilik texnikasına təsir göstərən daha bir detalı dəyişdirməyə nail olublar. VEKA SWINGLINE və SOFTLINE 70 mm-lik sistemlərin  xüsusiyyəti standart çərçivə və laylarda qatlama zonasının genişlənməsidir. Bu da onlara eni 42 mm-ə qədər olan şüşə paketlərinin quraşdırılmasını mümkün edir (58 mm-lik sistemdə şüşə paketinin maksimal eni 32 mm-dən artıq deyil).  

Aydındır ki, bütün göstərilən aspektlər həqiqətən isti və etibarlı pəncərənin yaradılması üçün həyata keçirilməsi zəruri olanların yalnız bir (əsas olsa belə) hissəsidir. VEKA-nın mühəndis təcrübəsi pəncərə istehsalçısı və inşaatçının həyatını əhəmiyyətli dərəcədə asanlaşdıran konstruksiya yaratmağa imkan verib. Yekun istehlakçıya isə etibarlı və keyfiyyətli məhsula təminat verir.