VEKA plastik pəncərələrin istehsalı

Plastik pəncərələrin istehsalı – mürəkkəb prosesdir və yekunda keyfiyyətli nəticə verməlidir – yaxşı hidro-, istilik- və səs-küy izolyasiyası xüsusiyyətlərinə malik pəncərə konstruksiyası. VEKA şirkətində Rusiya və beynəlxalq istehsal standartlarına ciddi riayət edirlər, bu da məhsulun yüksək keyfiyyətini təmin edir. PVX-pəncərələrin istehsalında VEKA alman texnologiyaları və avadanlığından istifadə edir.

Pəncərənin hazırlanması çox sayda əməliyyatdan ibarətdir. Amma sadəcə bir neçə mərhələni göstərmək olar:

  1. PVX-profilin istehsalı
  2. Pəncərənin çərçivəsinin hazırlanması
  3. Komponentlərin bir yerə yığılmsı.

 PVX-profillərin zavodda necə hazırlanmasına və pəncərələrin necə yığılmasına tamaşa edin:


Plastik pəncərələrin hazırlanması üçün materiallar

Metalplastik pəncərənin hazırlanması üçün zəruri materiallar və komplektləşdiricilər:

  • profilin hazırlanması üçün dənəvərlənmiş və ya tozaoxşar polivinilxlorid;
  • armaturlanma üçün polad profil;
  • sıxlaşdırıcı;
  • furnitur və əlavə avadanlıq (jalüz və s.);
  • şüşə paketləri.

Plastik pəncərələrin istehsalı ən qədim süni yaradılmış materiallardan birinin – polivinil xloridin istifadəsi üzərində qurulub. O, 1835-ci ildə laboratoriyada kimyaçı Renyo tərəfindən alınıb. 

Lakin vinilxloridin polimerləşdirilməsinin məhsulu, PVX-nın, sənayedə geniş tətbiqinə yalnız ötən əsrin 30-cu illərindən başlanıldı. PVX pəncərələrin hazırlanması isə ümumiyyətlə müharibədən sonra başlandı. 

Polivinilxloridin pəncərə istehsalı üçün istifadəsi müxtəlif formalı pəncərə profillərinin hazırlanması imkan yaradır. Eyni zamanda onların hamısı aşağı istilik keçiriciliyi, yüksək kimyəvi davamlılıq, ekoloji təmizlik, asan emal, yaxşı enerji saxlama xüsusiyyətləri ilə və iqlim təsirlərinə davamlılıqla fərqlənirlər.

İstehsal mərhələləri

PVX-profilin istehsalı və konstruksiyanın yığılmasından öncə az nəzərə çarpan, lakin çox vacib mərhələ var – layihələndirmə. Mühəndis-layihəçilər gələcək pəncərələrin cizgilərini və sxemlərini yaradırlar. Bu zaman onlar:

  • konstruksiyanı millimetrə qədər cızırlar;
  • pəncərənin təhlükəsizliyini təmin edən mexanizmləri nəzərdə tuturlar;
  • səs-küy, hidro və istilik izolyasiyası üçün furnitur və aksessuarlar seçirlər;
  • istiləndiricinin yerləşməsini, açan mexanizmi, metal profili, gücləndirici konstruksiyanı və s. layihələndirirlər.

Daha sonra layihə əsasında plastik pəncərələr və qapılar yaradılır ki, onların da istehsalı bir neçə mərhələdən ibarətdir. Plsatik pəncərələrin hazırlanmasının hər bir mərhələsini daha detallı nəzərdən keçirək.

 I MƏRHƏLƏ: ekstruziya

Pəncərələr üçün profili 80-120 °С temperatura qədər qızdırılan PVX-məhlulun ekstruderdən fasiləsiz sıxılıb çıxarılması üsulu ilə alırlar. Filyerdə (məhsulun əridilmiş materialdan formalaşması üçün ekstruderin bir hissəsi) yumşalmış material layihə ilə nəzərdə tutulan formanı, ölçünü, divarların qalınlığını alır.

Kütlənin qızdırılması və artıq uzadılmış profilin soyudulması zamanı temperatur rejiminə riayət olunması çox vacibdlr. Ona riayət olunmaması hazır məhsulun əyilməsinə və zay olmasına gətirib çıxarır. Soyuduqdan sonra PVX-profil markalanma xəttinə düşür. Buradaca ona müdafiə plyonkası yapışdırılır.

II MƏRHƏLƏ: kəsilmə və anbara vurulma

Markalanmadan sonra PVX profil kəsilmə xəttinə ötürülür. Avtomatlaşdırılmış mişar onu anbara yığılması və nəql edilməsi rahat olan parçalara doğrayır, hazır profil xüsusi palletlərə yığılır. Daha sonra tədarük olunmuş profil anbara, oradan da pəncərə istehsal edən müxtəlif zavodlara göndərilir. 

VEKA plastik pəncərələrin istehsalı

VEKA kimi şirkətlər yalnız profilin özünü hazırlayırlar VEKA-nın istehsalı Moskva ətrafında və Novosibirskdə yerləşir. Müxtəlif şəhərlərdəki tərəfdaş zavodlar isə PVX-profilə armaturlayıcı taxmalar, furnitur, şüşə paketləri quraşdıraraq, bilavasitə pəncərə konstruksiyaları hazırlayırlar.

III MƏRHƏLƏ:  PVX-profilin doğranması

Standart PVX-profil yüksək dəqiqliyə malik dəzgahda doğranır. Dəzgahın kompüterlə rəqəmli idarəetməsi gələcək pəncərənin layihə ölçülərinə 0,1 mm dəqiqliyinə qədər riayət etməyə imkan verir. Həmçinin avtomatlaşdırılmış dəzgahlarda profildə furnitur üçün texnoloji deşiklər açılır və s.

IV MƏRHƏLƏ: armaturlanma

Pəncərə konstruksiyasının möhkəmləndirilməsi üçün plastik profilin daxilinə mütləq sinklənmiş poladdan armaturlayıcı qoşma quraşdırırlar. Armaturlayıcıların doğranması metal üçün diskli və ya lentli mişarla həyata keçirilir. Armaturlayıcı qoşmalar pəncərəni temperatur dəyişikliyindən irəli gələn deformasiyalardan qorumaq üçün nəzərdə tutulub. 

V MƏRHƏLƏ: qaynaq və bəndlərin emalı

Profillərin qaynaq prosesində qovşaqlarda temperatur 240 °С çatır. Qaynaq olunan səthlər dərhal bir birinə kip sıxılır. Metalplastik pəncərələrin istehsalı ən çətin prosesdir və qaynağın keyfiyyəti pəncərə konstruksiyasının etibarlılığının vacib göstəricidir. Buna görə də qaynaqdan sonra bənd ayrıca sınaqdan keçir. 

.

VEKA plastik pəncərələrin istehsalı

Qaynaq dəzgahlarından konstruksiya avtomatik olaraq qaynaq bəndini qoruyan və məhsulu furnitur quraşdırlan yığma sahəsinə təhvil verən emal mərkəzinə göndərilir.

VI MƏRHƏLƏ: istiləndiricinin, furniturun quraşdırılması

Əgər impost konstruksiyaya qaynaq mərhələsində qaynaq edilməyibsə, bu mərhələdə onu mexaniki möhkəmləndirici ilə bərkidirlər.
Sıxlaşdırıcı quraşdırılır – o, yarıqlara qoyulur və xüsusi molekulyar yapışqanla sürtülür. Daxili boşluqda təzyiqi bərabərləşdirmək üçün profildə deşiklər açılır.

VEKA plastik pəncərələrin istehsalı

Bundan sonra müştərinin sifarişinə uyğun olaraq pəncərə laylarının hərəkətini təmin edən furnitur, kilidlər, cələlər və s. quraşdırılır.

VII MƏRHƏLƏ: şüşə paketin quraşdırılması

Bu mərhələdə metalplastik pəncərə şüşələnmə stendinə yetişir. Burada ona ştapiklə bərkidilərək şüşə paketi quraşdırılır.

VEKA plastik pəncərələrin istehsalı

TNŞ nəzarətçisi hazır plastik pəncərənin keyfiyyətini yoxladıqdan sonra, məhsul istehsal sexini tərk edir və sifarişçiyə çatdırılması üçün anbara göndərilir.

VIII MƏRHƏLƏ: anbara yığılma və göndərilmə

Əvvəlcədən şüşə paketinin altına altlıqlar yerləşdirilir, onlar şüşədə arzuolunmaz gərginliyi istisna edir. Onlar həmçinin mümkün qarət halında şüşənin basıb çıxarılması zamanı durdurucu rolunu oynayırlar.

Keyfiyyətin yoxlanılması

Pəncərənin uzun müddət xidmət göstərməsi üçün yalnız profil deyil, konstruksiyanın ərsəyə gətirilməsinin nütün mərhələləri keyfiyyətli olmalıdır. Keyfiyyətə demək olar ki, hər şey təsir göstərir: sexdə temperatura riayət olunması, istifadə edilən materiallar, əməkdaşların ixtisas səviyyəsi, doğrama üçün dəzgahların texniki vəziyyəti. Buna görə də VEKA tərəfdaşlarının detallı auditini keçirir ki, pəncərələr həqiqətən də uzunömürlü olsun.

Belə ki, ekstruziya prosesinin yoxlanılması üçün VEKA-nın bütün əsas və törəmə müəssisələri monitorinqə cəlb edilir. Məlumatlar Zenderhostdakı VEKA AG-ən mərkəzi pultuna daxil olur. Xammal, hazır məhsulun bilavasitə zavodda yoxlanılması öz laboratoriyamız və keyfiyyət şöbələrimiz tərəfindən həyata keçirilir.

Nə üçün bəzi PVX pəncərələr digərlərindən bahadır?

Plastik pəncərələrin istehsalı üçün PVX-profil VEKA zavodlarında istehsal olunur və onun keyfiyyətində şübhələnməyə ehtiyac yoxdur.

Bəs nə üçün o zaman müxtəlif firmalarda oxşar pəncərələr qiymətlərinə görə xeyli fərqlənə bilərlər?
Çox şey istehsalçı zavodun pəncərəni nə ilə təchiz etməsindən asılıdır – ucuz furniturla, keyfiyyətsiz istiləndirici ilə, armaturlayıcı qoşmanı, altlıqları yerləşdirməyi “unudacaq” və ya şüşə paketində qənaət edəcək. Keyfiyyətli PVX pəncərələrin seçiminə dair tövsiyələrimizi oxumağınızı məsləhət görürük.